Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb.

Leqal.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında deyib.

O, Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını və məsələnin bununla bitdiyini bildirib: “Ermənistan Qarabağın statusu məsələsini həll edib. Qarabağ rəsmi olaraq Azərbaycanın tərkibinə keçib”.

Elvin Mahmudlu
Leqal.info