Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

Leqal.info xəbər verir ki, bu barədə Borrell "X" hesabında yazıb.

"Dünən gecə İran xarici işlər naziri Əmir Abdullahianla telefon danışığım zamanı mən HƏMAS-ın İsrailə qarşı vəhşi hücumlarını ən sərt şəkildə pislədiyimi bir daha bəyan etdim və insan itkisinə görə dərin təəssüfləndiyimi bildirdim. Bu cür alçaq terror aktlarına və onu dəstəkləməyə heç bir şey haqq qazandıra bilməz", - Borrell vurğulayıb.

Leyla Kamil
Leqal.info