Leqal.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı Rusiya XİN rəhbəri Sergey Lavrovun “BMT Nizamnaməsinin prinsiplərinə tam şəkildə riayət etmək və qarşılıqlı əlaqə - beynəlxalq sülhün, sabitliyin açarıdır” adlı məqaləsində yer alan fikirlərinə münasibət bildirərkən söyləyib.
Miller bildirib ki, ABŞ hökumətinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında tək məqsədi Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyin təmin edilməsidir.
Miller, həmçinin qeyd edib ki, ABŞ, eyni zamanda Qarabağ əhalisinin humanitar ehtiyaclarının və hüquqlarının müdafiəsini təmin etməkdə maraqlıdır.
Qeyd edək ki, Lavrov bildirib ki, ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda qeyri-stabillik toxumu yaymağa davam edir. Həmçinin qeyd edib ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Cənubi Qafqaz regionunda dinc həyatın bərqərar olmasına töhfəsini verməyə hazırdır.
Leyla Kamil
Leqal.info