ABŞ İsrailin yanındadır.

Leqal.info xəbər verir ki, bunu İsraildə səfərdə olan ABŞ Prezidenti Co Bayden İsrail Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat qarşısında deyib.

O qeyd edib ki, ABŞ İsrailin müdafiəsi üçün lazım olan yardımı təmin edəcək.

“Biz nəzərə almalıyıq ki, HAMAS bütün Fələstin xalqını təmsil etmir və onlara sadəcə ağrı-əzab gətirir”, - Bayden vurğulayıb.

ABŞ lideri dünən Qəzzada xəstəxananın vurulması xəbərindən kədərləndiyini və qəzəbləndiyini bildirib.

“Görünən odur ki, bunu siz (İsrail) yox, qarşı tərəf edib. Ancaq əksər insanlar buna əmin deyil. Beləliklə, bizim öhdəsindən gəlməli olduğumuz çox şey var. Eyni zamanda biz özünü bu müharibənin ortasında tapan günahsız fələstinlilərin həyatını xilas etmək imkanlarını və bu istiqamətdə yardımı təşviq etməliyik”, - Bayden diqqətə çatdırıb.

Leyla Kamil
Leqal.info