Qəzzada mülki əhalinin ehtiyaclarına uyğun yardımın davamlı şəkildə çatdırılmasına təcili ehtiyac var.

Leqal.info xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell "X" hesabında yazıb.

İsrail və HAMAS arasındakı müharibənin de-eskalasiyası yönündə müzakirələrin keçirildiyi Qahirə sülh konfransında iştirak edən Aİ-nin Ali Nümayəndəsi qeyd edib ki, konfrans çərçivəsində o, Aİ Şurasının lideri Şarl Mişel, Aİ-yə sədrlik edən İspaniya Baş naziri Pedro Sançez və BMT Baş katibi Antonio Quterreş regiondakı vəziyyəti müzakirə ediblər.

Leyla Kamil
Leqal.info