Fransa HAMAS-a qarşı mübarizə üçün regional və beynəlxalq koalisiya yaratmağı təklif edib.

Leqal.info xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron İsrailə səfəri çərçivəsində Baş nazir Benyamin Netanyahu ilə görüşü zamanı bu təkliflə çıxış edib.

Fransa lideri qeyd edib ki, HAMAS-ın girov götürdüyü bütün şəxslərin azad edilməsi vacibdir.

Makron 7 oktyabrda baş verənləri dəhşətli terror aktı adlandırıb.

Leyla Kamil
Leqal.info