Leqal.info xəbər verir ki, bu barədə Prezident Zelenski "X" hesabında bildirib.
"Böyük Britaniyanın Ukraynaya dəstəyi sarsılmaz olaraq qalır və mən bunu yüksək qiymətləndirirəm", - Zelenski vurğulayıb.
Zelenski bildirib ki, telefon danışığı əsnasında o, Böyük Britaniya Baş nazirini Avdiivka ətrafında döyüşlər barədə məlumatlandırıb:
"Biz gələcək müdafiə əməkdaşlığını, xüsusilə də Ukraynanın hava hücumundan müdafiəsi üçün daha çox raket və dron əleyhinə imkanları müzakirə etdik. Mən Baş nazir Rişi Sunakı Rusiyanın Qara dənizdə mülki naviqasiyanı riskə atan hərəkətləri barədə məlumatlandırdım. Ukraynanın taxıl dəhlizi bütün çətinliklərə baxmayaraq işləməyə davam edəcək".
Bundan başqa, tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
"Biz gərginliyin dayandırılmasının qlobal birliyin maraqlarına uyğun olduğu barədə razılaşdıq", - Ukrayna lideri qeyd edib.
Leyla Kamil
Leqal.info