Ukrayna üçün ayrı, Fələstin üçün ayrı standartlar ola bilməz.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada iranlı həmkarı ilə birgə mətbuat konfransında bildirib.

Nazir vurğulayıb ki, Türkiyə Qəzzada atəşkəs və davamlı sülhün əldə edilməsi üçün qətiyyətlidir.

Hakan Fidanın sözlərinə əsasən, İsrail və Fələstin üçün sülh və təhlükəsizlik baxımından ən vacib məsələ iki dövlətli həll yoludur.

Leyla Kamil
Leqal.info