Azərbaycanla Ermənistan arasında nizamlanma o zaman mümkündür ki, qeyri-regional qüvvələr münaqişəyə müdaxiləni dayandırsın.

Leqal.info xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada MDB ölkələri təhlükəsizlik şurası katiblərinin iclasında bildirib

Onun sözlərinə əsasən, Qərbin addımları vəziyyəti daha da dərinləşdirir:

"Biz, eyni zamanda Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşdirilməsində, onun inkişafı üçün şərait yaradılmasında, qarşılıqlı etimad və əməkdaşlığın gücləndirilməsində maraqlıyıq. Bu məqsədlə Rusiya bu ölkələr arasında sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması maraqları naminə Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşdırılması istiqamətində ardıcıl addımlar atır”.

Patruşev, həmçinin qeyd edib ki, Qərb ölkələrinin hərəkətləri regionda vəziyyətin pisləşməsinə səbəb olur və orada ziddiyyətlərin qalmasına şərait yaradır.

Elvin Mahmudlu
Leqal.info