ABŞ Ukraynanı Rusiyaya qarşı hərbi əməliyyatlara hazırlayıb.

Leqal.info TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Tomsk şəhərində keçirdiyi görüş zamanı çıxışında deyib.

Patruşev, ABŞ lideri Co Baydenin “Ukrayna və İsrailə hərbi yardım – uzaq gələcək üçün ABŞ-nin təhlükəsizliyinə fayda verəcək ağıllı sərmayədir” sözlərinin təsadüf olmadığını söyləyib.

Rusiya Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, ABŞ Ukraynanı hərbi-bioloji eksperimentlər üçün sınaq poliqonuna çevirib və onu Rusiyaya qarşı hərbi əməliyyatlar üçün hazırlayıb.

Nikolay Patruşev bildirib ki, ABŞ-nin yürütdüyü siyasət Yaxın Şərqdəki vəziyyəti gərginləşdirib və münaqişəni qızışdırıb.

Elvin Mahmudlu
Leqal.info