“Rusiya Federasiyası heç vaxt Ukrayna ilə sülh danışıqlarından imtina etməyib, hərbi əməliyyatlar hər zaman faciədir və biz bunu sonlandırmaq barədə düşünməliyik”.

Leqal.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Hindistanda keçirilən G20 sammitində onlayn formatda çıxışında bildirib.

Onun sözlərinə əsasən, Rusiya Ukraynada ədalətə nail olmağa çalışır. Putin qeyd edib ki, o, Ukraynadakı ölümlərin şokunu anlayır, ancaq Qəzza da daxil olmaqla, digər münaqişələr də insanı sarsıdır.

Rusiya prezidenti dünyada qarşıdurma cəhdlərinin davam etdiyini də deyib. Ölkəsinin ərzaq ixracı sahəsində bütün öhdəliklərini yerinə yetirdiyini vurğulayan Putin, Rusiyanın Afrikaya pulsuz taxıl olan ilk gəmiləri göndərdiyini bildirib.

Rusiya lideri vurğulayıb ki, qlobal iqtisadiyyatdakı vəziyyət konsensus və müxtəlif ölkələrin fikirlərinin nəzərə alınmasını tələb edir:

“Rusiya dünyada açıq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunun bərpasının tərəfdarıdır. Qlobal iqtisadiyyatda gərginlik Rusiya ilə deyil, digər böyük ölkələrin hərəkətləri ilə bağlıdır”.

Elvin Mahmudlu
Leqal.info