[b]Ermənistanla başlatdığımız normallaşma prosesini regional hadisələri də nəzərə alaraq Azərbaycanla tam koordinasiyalı şəkildə davam etdirəcəyik.[/b]

Leqal.info xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı bildirib.

Türkiyə XİN rəhbərinin sözlərinə əsasən, bəzi üçüncü ölkələrin 1915-ci il hadisələri ilə bağlı iddiaları israrla təkrar gündəmə gətirmək cəhdləri “normallaşma prosesini baltalayacaq”:

“Bu ölkələr Ermənistana yaxşılıq etmirlər. Cənubi Qafqazda Azərbaycanla birlikdə öncüllüyünü etdiyimiz “3+3” platforması ilk dəfə nazirlər səviyyəsində Tehranda toplanıb. Bir sonrakı toplantı 2024-cü ildə Türkiyədə keçiriləcək”.

Leyla Kamil
Leqal.info