İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.

Leqal.info xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

İran XİN başçısı region ölkələrinin təhlükəsizliyinin bir-birinə bağlı olduğunu bildirib.

Nazir qeyd edib ki, terror qruplarına qarşı birgə və qətiyyətli mübarizə bütün region ölkələrinin ümumi məsuliyyətidir.

Abdullahian, eyni zamanda İran Prezidenti İbrahim Rəisinin yaxın gələcəkdə Ankaraya səfərinin regional təhlükəsizliyin yaxşılaşdırılmasında təsirli rol oynayacağını bildirib.

Elvin Mahmudlu
Leqal.info