Missiya tamamlanmayana kimi İsrail dövləti Qəzzada əməliyyatları dayandırmayacaq.

Leqal.info "The Jerusalem Post"a istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Gallant ABŞ-ın Yaxın Şərq üzrə xüsusi koordinatoru Brett McGurk ilə görüşündə deyib.

"İsrail dövləti qoşunlarımız öz missiyalarını yerinə yetirənə kimi - HAMAS-ı məhv edənə və girovlarımızı ailələrinə qaytarana kimi Qəzzada əməliyyatlarını dayandırmayacaq", - Gallant vurğulayıb.

Leyla Kamil
Leqal.info