Rusiya istənilən ABŞ Prezidenti ilə işləməyə hazırdır, ancaq daha yaxşı olar ki, bu, Co Bayden olsun.

Leqal.info TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

“Rusiya Federasiyası üçün ABŞ prezidenti kimi hansı siyasətçi daha yaxşıdır: Co Bayden, yoxsa Donald Tramp?” sualına Putin belə cavab verib:

“O (Bayden), daha təcrübəli, təxmin edilə bilən insandır, köhnə formasiyanın siyasətçisidir. Lakin biz Amerika xalqının güvəndiyi istənilən ABŞ lideri ilə işləyəcəyik”, - Rusiya prezidenti bildirib.

Elvin Mahmudlu
Leqal.info