Fransa terrorun əsas dəstəkçisidir.

Leqal.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydın vilayətində xalqa müraciəti zamanı deyib.

Ərdoğan Fransanın “Lafarge” sement brendinin Suriyanın şimalında terrorçular üçün sığınacaqlar inşa etdiyini bildirib.

Türkiyə Prezidenti Fransanın terrorun əsas dəstəkçisi olduğunu təəssüflə ifadə edib: "Fransa bacarmadı. Amma biz nə etdik? Biz Suriyanın şimalında "Lafarge"nin bütün sığınacaqlarını məhv etdik və dayanmayacağıq, vəssalam!"

Leyla Kamil
Leqal.info