İran və Rusiya prezidentlərinin telefon danışığı olub.

Leqal.info xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Məlumatda İran Prezidenti İbrahim Rəisinin Rusiya lideri Vladimir Putinə zəng etdiyi bildirilib.

Putin və Rəisi telefon danışığında İsrailin Dəməşqdəki İran konsulluğuna zərbəsindən və Tehranın cavab tədbirlərindən sonra Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Putin tərəflərin təmkinli olacağına və qarşıdurmanın yeni mərhələsinə yol verməyəcəklərinə ümidvar olduğunu ifadə edib.

İbrahim Rəisi isə İranın hərəkətlərinin məcburi olduğunu və məhdud xarakter daşıdığını qeyd edib, gələcək eskalasiyada maraqlı olmadığını bildirib.

Elvin Mahmudlu
Leqal.info