İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin yaxın günlərdə Fələstinin HAMAS hərəkatına hərbi və siyasi təzyiqlərini artıracağını bildirib.

Leqal.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Yaxın günlərdə HAMAS-a hərbi və siyasi təzyiqi artıracağıq, çünki bu, girovlarımızı azad etmək və qələbəmizə nail olmaq üçün yeganə yoldur”, - Netanyahu bildirib.

O, eyni zamanda ölkənin təhlükəsizliyinin təmin edilməsində İsrail Müdafiə Qüvvələrinin müstəsna rolunu vurğulayıb.

Leqal.info