Leqal.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksey Fadeyev “Tramp marşrutu” ilə bağlı açıqlamasında bildirib.
O həmçinin qeyd edib ki, layihənin detallarını öyrənənədək və hələ açıqlanmayan sənədi nəzərdən keçirənədək nazirlik rəsmi mövqeyini bildirməyəcək.
Fadeyev qeyd edib ki, Rusiya 2020–2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında əldə olunan üçtərəfli razılaşmaları aktuallığını saxlayan sənədlər hesab edir və tərəflərin heç biri bu razılaşmalardan çıxmaq niyyətini açıqlamayıb.
Leqal.info