Leqal.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat verib.
Bildirilib ki, iclas zamanı, ötən ilin avqustunda Vaşinqton Sülh Sammiti çərçivəsində Azərbaycan və ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Anlaşma Memorandumuna uyğun olaraq, iki ölkə arasında enerji, ticarət, tranzit də daxil olmaqla regional bağlantılar, iqtisadi sərmayə, müdafiə və təhlükəsizlik, terrorçuluqla mübarizə, eləcə də süni intellekt, rəqəmsal infrastruktur kimi sahələrdə strateji tərəfdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Strateji Tərəfdaşlıq Xartiyasının yekunlaşdırılması məqsədilə sənədin mətni üzərində müzakirələr davam etdirilib.
Leqal.info