İsmayıllı rayonunun Yuxarı Baş adlanan hissəsində səhər saatlarında 3 otaqlı evdə yanğın baş verib.

Leqal.info xəbər verir ki, İsmayıllı rayon sakini 1982-ci il təvəllüdlü Məmmədov Elvin Soltanmurad oğluna aid 64 kvadrat metr 3 otaqlı ev tamamilə yanıb.
Sözügedən yanğın İsmayıllı Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən söndürülüb.
Yanğının səbəbi araşdırılır.
Leyla Kamil
Leqal.info