Göyçay rayonunun Şahsoltanlı kəndində bu gün səhər radələrində tövlədə yanğın baş verib.

Leqal.info xəbər verir ki, kənd sakini Kərimov Laçın Məzlum oğluna aid ümumi sahəsi 96 kvadrat metr olan mal-qara tövləsi ilə birlikdə, içərdəki qoyunlar, inəklər, xeyli ot və çoxlu sayda ev quşu yanıb.
Əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki avtomobili və canlı qüvvəsi cəlb edilib.
Yanğının səbəbləri araşdırılır.
Elnurə Fərhadqızı
Leqal.info