"Leqal.info" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə bildirib. Nazirin sözlərinə görə, tamamilə bağlanma nəzərdə tutulmur:
"Keçən il günlərin sayını azaltmadan təhsili ümumilikdə bağlamadıq. Yoluxmalar artarsa, yenə həmin təcrübə tətbiq oluna bilər. Payız aylarında yoluxma arta bilər. Bu, ayrı-ayrı məktəblərdə siniflərin müvəqqəti bağlanmasına səbəb ola bilər".