Leqal.info-un əldə etdiyi məlumata görə, məsələ parlamentin gələn həftə - aprelin 27-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, MSK üzvlərinin səlahiyyət müddəti bu ay bitdiyindən komissiya yenidən formalaşdırılacaq.
MSK üzvləri 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.