Leqal.info xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
Sədrin sözlərinə görə, qardaş Türkiyə ilə səhiyyə sahəsində bir çox layihələr həyata keçirilir: "Vətən müharibəsində yaralanan qazilərə psixoloji yardımların göstərilməsi üçün icra olunan layihələrin genişləndirilməsi istiqamətində Türkiyə ilə birgə əməkdaşlıqlar olacaq. Bundan başqa, Türkiyə istehsalı olan "TÜRKOVAC" vaksini hazırda 3-cü fazada sınaq mərhələsindədir. Azərbaycan və Türkiyənin səhiyyə qurumları arasında işçi qrupu səviyyəsində görüşlər keçiriləcək".