Türkiyədə koronavirusla bağlı bu günə olan son vəziyyət açıqlanıb.

Leqal.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, gün ərzində 95 nəfər pandemiyadan həyatını itirib.

Son 24 saatda 135 min 867 koronavirus testi aparılıb. Onlardan 8 min 642-si müsbət çıxıb.

Ağır xəstə sayı 1308-dir. 7 min 903 nəfər COVID-19-dan sağalıb. Bununla sağalanların sayı 2 milyon 445 min 285-ə çatıb.