Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.



Leqal.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, sutka ərzində 63 nəfər pandemiyanın qurbanı olub.

Bu gün 146 min 386 nəfər koronavirus testindən keçib, bunun 14 min 46-sı müsbət çıxıb.

Ağır xəstə sayı 1310 təşkil edib.

9 min 231 nəfər koronavirusdan sağalıb, bununla sağalanların ümumi sayı 2 milyon 659 min 93-ə çatıb.