Leqal.info xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski “Telegram”da sözügedən hücum barədə bildirib.
Gecə saatlarında Zaporojyenin mərkəzindəki hündürmərtəbəli binanın raketlə vurulduğu və binanın yuxarı mərtəbələrinin dağıldığı Zelenski tərəfindən qeyd olunub.
“Əfsuslar olsun ki, raket hücumu nəticəsində ölənlər və xəsarət alanlar var. Axtarış-xilasetmə əməliyyatları davam etməkdədir” –Ukrayna dövlət başçısı qeyd edib.
“Terrorçu dövlət xalqımızı hər gün terrora məruz qoymaq niyyətindədir, amma bizim torpaqlarımızda pislik hökmranlıq etməyəcək. Biz bütün işğalçıları qovacağıq və onlar əməllərinə görə mütləq cavab verəcəklər”, - Zelenski vurğulayıb.
Leyla Kamil
Leqal.info