“TRT Haber” Türkiyədə axtarışda olan terrorçular siyahısında yer alan və kod adı Leyla Amed olan Hamiyyət Yalçınkaya zərərsizləşdirilməsi barədə məlumat yayıb. Leyla Amed adlı terrorçunun axtarılanlar siyahısında qırmızı kateqoriyada yer aldığı və Şırnakda keçirilən xüsusi əməliyyat zamanı zərərsizləşdirildiyi qeyd olunub.