Leqal.info xəbər verir ki, bu barədə "Seattle Times" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata əsasən, hadisə şəhərin mərkəzində keçirilən və minlərlə insanın iştirak etdiyi "Bite of Seattle" festivalı zamanı baş verib.
Yaralananlardan dördü xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti ağırdır.
Yüngül xəsarət alan daha bir nəfər isə hospitalizasiya olunmaqdan imtina edib.
Sietl polis idarəsi faktla bağlı araşdırma aparıldığını bildirib.
Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılıb-saxlanılmadığı hələlik açıqlanmayıb.
Leqal.info