İsrail Müdafiə Qüvvələri (The Israel Defence Forces - IDF) keçən gecə İordan çayının qərb sahili bölgəsinin şimal hissəsində həyata keçirdiyi hərbi əməliyyatlar zamanı 4 nəfəri öldürüb.

Leqal.info xəbər verir ki, bu barədə Fələstinin rəsmi “Wafa” xəbər agentliyi məlumat yayıb.

Hücum zamanı ən azı 12 nəfərin yaralandığı da qeyd olunub.

Bildirilib ki, öldürülən şəxslərin arasında Fələstinin “İslami Cihad” təşkilatının yerli qruplarından birinin səhra komandiri Ayser Mohammad Al-Amer olub.

Bundan başqa, "The Times of İsrael" nəşri yazıb ki, İsrail Müdafiə Qüvvələri tərəfindən məlumat rəsmi şəkildə təsdiqlənib.

Leyla Kamil
Leqal.info