Qəzzanın cənubundakı Rəfah yaşayış məntəqəsində partlayış baş verib.

Leqal.info İsrail mediasına istinadən xəbər verir ki, nəticədə 3 İsrail hərbçisi ölüb.

Ordu ölən hərbçilərin adlarını da açıqlayıb. Bildirilib ki, onlar İdo Appel, Amir Qalilov və Uri Bar Ordur.

Beləliklə, oktyabrın 7-dən indiyə kimi ölən İsrail hərbi qulluqçularının sayı 639 nəfərə çatıb.

Leyla Kamil
Leqal.info