Sosial şəbəkələrdə, o cümlədən feysbuk və teleqram kanallarda ermənilərin Azərbaycan ərazilərində vandallığını sübut edən yeni foto və videogörüntülər yayılıb.

"Leqal.info" xəbər edir ki, Kadrlarda Laçın rayonunun Zabux kəndində qanunsuz məskunlaşan erməni sakinin yaşadığı evə od vurması əks olunub.

Onlardan biri barbar əməlinə kəndin Azərbaycana geri qayıtması ilə haqq qazandırıb, evin azərbaycanlılara qalmaması üçün belə etdiyini bildirib.

Laçını tərk edən ermənilərdən növbəti barbarlıq