İsrail Xarici İşlər Nazirliyinin Rəqəmsal Diplomatiya Departamentinin direktoru David Saranqa İsrailin yaxın zamanda Türkiyəyə böyük miqyaslı humanitar yardım göndərəcəyi barədə açıqlama verib.

Leqal.info xəbər verir ki, David Saranqa hazırda şiddətli zəlzələnin fəsadlarının aradan qaldırılmasında Türkiyəyə yardım məqsədilə 450 nəfərlik heyət çalışdığını, onların içində xilasedicilər, ekspertlər və tibb işçilərinin olduğunu, eyni zamanda indiyə kimi axtarış-xilasetmə qrupunun dağıntılar altından 18 nəfəri xilas etdiyini qeyd edib.
“İsrail səhra xəstəxanası bu gün səhər radələrində fəaliyyətə başlayıb. Dünən enerji mənbəyinə ehtiyac olmadan yenilikçi İsrail texnologiyası ilə çalışan 1-ci şəbəkədənkənar su təmizləmə sistemləri Türkiyəyə gəlib. Yaxın günlərdə on minlərlə adyal, palto, yataq kisəsi və qış üçün ləvazimatları daxil olmaqla irimiqyaslı yardım göndəriləcək. İsrail, eyni zamanda gündə minlərlə insanı içməli su ilə təmin edən böyük su təmizləmə sistemləri göndərəcək”,- Saranqa vurğulayıb.
Elnurə Fərhadqızı
Leqal.info