Qobuda ölümlə nəticələnən yol qəzası baş verib.

Leqal.info xəbər verir ki, 1987-ci il təvəllüdlü Rulsan Kotusenko idarə etdiyi "Toyata Prius" markalı avtomobili elektrik dirəyinə çırpıb.

Nəticədə avtomobildə sərnişin qismində olan 2014-cü il təvəllüdlü Allahverdi Fətullayev ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə rəğmən Allahverdi Fətullayev dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Elnurə Fərhadqızı
Leqal.info