Kürdəmirdə ağır yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

İki "VAZ-2107" markalı minik maşını toqquşub.

Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarət alıblar.

Xəsarət alanlar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info