Abşeronda yol qəzası baş verib.

Leqal.info xəbər verir ki, Saray qəsəbəsində Tahir İbrahimovun idarə etdiyi "Range Rover" markalı avtomobillə Abşeron rayon Kommunal Xidməti İdarəsinin "Ford" markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində "Ford" yük avtomobili aşıb və sərnişin 1983-cü il təvəllüdlü Elman Həzrətquliyev ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Elvin Mahmudlu
Leqal.info