Şirvan şəhərində avtomobil qəzası baş verib.

Leqal.info xəbər verir ki, “Mercedes” markalı avtomobillə “VAZ 2107” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində “VAZ 2107”nin sürücüsü 1949-cu il təvəllüdlü Mədətov Yolçu Müseyib oğlu xəsarət alıb.

Sözügedən şəxs xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info