Leqal.info xəbər verir ki, hadisə gecə saatlarında rayonun Günəşli kəndi ərazisində baş verib. Rayonun İsmətli kənd sakini Müqəddəs Babayevin idarə etdiyi "VAZ-21011" markalı minik avtomobil hərəkətdə olarkən yük avtomobili ilə toqquşub.
Qəzada xəsarət alan Xəyal Pənah oğlu Əliyev və Tural Xudabaxış oğlu Abbasov Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Elvin Mahmudlu
Leqal.info