Bərdədə piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə Ağdam-Bərdə avtomobil yolunun rayonun Şirvanlı kəndindən keçən hissəsində baş verib.

1955-ci il təvəllüdlü İbrahimova Leyla Huseyin qızı yolu keçmək istərkən Camal adlı şəxsin idarə etdiyi 90-EK-152 dövlət qeydiyyat nişanlı "VAZ-21015" markalı minik avtomobili onu vurub.

68 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info