Şəkidə minik avtomobilləri toqquşub, xəsarət alan var.

Leqal.info xəbər verir ki, hadisə rayonun Kiçik Dəhnə kəndinin inzibati ərazisində qeydə alınıb. “Hyundai” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “VAZ”-ın sürücüsü, 1994-cü il təvəllüdlü Salamov Vahab Elşad oğlu xəsarət alıb.

Fakta bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info