Cəlilabad rayonunda ağır yol qəzası olub.

Leqal.info xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Abışabad kəndi ərazisində baş verib. Fəxrəddin Fərəcovun idarə etdiyi "Mercedes" markalı minik maşını Adil Abbasovun idarə etdiyi "VAZ-2107" minik maşını ilə toqquşub.

İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 4 nəfər Cəlilabad rayon sakini - 1962-ci il təvəllüdlü Fəxrəddin Fərəcov, 1990-ci il təvəllüdlü Aygül Əliyeva, 1982-ci il təvəllüdlü Seymur Əliyev və 2017-ci il təvəllüdlü Seyidağa Əliyev xəsarət alıb.

Sözügedən şəxslər təcili olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info