Leqal.info xəbər verir ki, hadisə rayonun Badaşqann və Hacıvar kəndləri arasında olan yolda baş verib.
Avtomobil yolunu qarşı tərəfə keçən Badaşqa kənd sakini - 1987-ci il təvəllüdlü Əzimli Əfsanə Adil qızını və onun övladı 2011-ci il təvəllüdlü Əzimli Tahir Sübhan oğlunu vurub. Xəsarət alanlar əvvəlcə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdiriliblər, daha sonra isə Naxçıvan Sağlamlıq Mərkəzinə aparılıblar. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Elvin Mahmudlu
Leqal.info