Babək rayon Cəhri qəsəbəsində yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə Babək rayon Cəhri qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı sürücü, İmanov Xaliq Eldar oğlu ölüb. Qəzanın havanın dumanlı olması səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info