Şirvanda yol qəzası baş verib.

Leqal.info xəbər verir ki, hadisə Salyan-Şirvan magistralında qeydə alınıb.

Şirkətlərdən birinə məxsus mikroavtobus arxadan avtokrana çırpılıb.

Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 6 nəfər Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info