Cəlilabadda yol nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, qəza Cəlilabad şəhərində, Silsilə deyilən ərazidə baş verib. Qəzada "Pajero" markalı və "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 3 nəfər rayon sakini, 1992-ci il təvəllüdlü Elxan Quluzadə, 1991-ci il təvəllüdlü Orxan Hüseynzadə və 1995-ci il təvəllüdlü Əsgər Quliyev xəsarət alıb.

Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info