Lerikdə yanğın hadisəsi olub.

Leqal.info FHN-ə istinadən xəbər verir ki, Lerik rayonunun Sivəkəran kəndində istirahət mərkəzinin ərazisində hər birinin sahəsi 144 m² olan 2 ədəd ikimərtəbəli yeməkxana binasının yanar konstruksiyaları, içərisində olan avadanlıqlar, yaxınlıqda bir-birinə bitişik, ümumi sahəsi 120 m² olan 3 ədəd kotteclərdən sahəsi 34 m² olan bir kottecin yanar konstruksiyaları və digər iki kottecin dam örtüyü yanıb.

Kotteclərin qalan hissəsi və meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Leqal.info