Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə "Azərbaycan" küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində baş verib. 77-ET-218 dövlət nömrə nişanlı, "Toyota" markalı avtomobillə 75-BJ-181 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil toqquşub. Nəticədə 4 nəfərin xəsarət aldığı bildirilir. Qəza zamanı xəsarət alan Naxçıvan şəhər sakinləri 1959-cu il təvəllüdlü Babayev Həbib Nəbi oğlu, 2000-ci il təvəllüdlü Həsənəliyev Məftun Vilayət oğlu, 2001-ci il təvəllüdlü Cəfərzadə Anar Təvəkkül oğlu və 2001-ci il təvəllüdlü Quliyev Fərid Pərviz oğlu Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info