Şirvanda 1 ailənin 3 üzvü zəhərlənib.

Leqal.info xəbər verir ki, M. Əsədov küçəsində yaşayan, 2009-cu il təvəllüdlü Ləman Nəzərova, 2001-ci il təvəllüdlü Orxan Nəzərov və 1980-cı il təvəllüdlü Samirə Nəzərova ötən gün axşam saatlarında yaşadıqları evdə göbələkdən hazırlanmış yeməkdən zəhərləniblər. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info