Bakı-Sumqayıt yolunda avtomobil aşıb.

Leqal.info xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında qeydə alınıb.

Nəqliyyat vasitəsi idarəetməni itirərək yolun kənarına aşıb. Hadisə nəticəsində xəsarət alanlar var.

Əraziyə DYP əməkdaşları və təcili tibbi yardım briqası cəlb edilib. Qəza səbəbindən yolda sıxlıq yaranıb.

Leqal.info